Peşəkar veb saytların hazırlanması. 0-dan Pure PHP kodu, 100% Google PageSpeed sürəti, multidil dəstəyi və 10 günə təhvil.
Rəqəmsal dünyada uğur qazanmağın yolu sadəcə bir veb sayta sahib olmaq deyil, həm istifadəçilər, həm də axtarış sistemləri tərəfindən mükəmməl qəbul edilən bir platformaya malik olmaqdır. Veb saytların hazırlanması prosesi düzgün strategiya, təmiz kod və kreativ dizayn üzərində qurulmalıdır.
Bir çox şirkət hazır şablonlar (WordPress, Wix və s.) təklif etsə də, biz veb saytların hazırlanması xidmətini tamamilə sıfırdan, Pure PHP dili ilə icra edirik. Bu yanaşmanın üstünlükləri:
Maksimal Performans: Saytınızda artıq kod yükü olmur və Google PageSpeed Insights testlərində 100% nəticə göstərir.
Tam Təhlükəsizlik: Hazır platformalardakı sistem boşluqları sıfırdan yazılan özəl kodda mövcud deyil.
Limitsiz İdarəetmə: 0-dan hazırlanan Admin Panel vasitəsilə saytın hər bir guşəsini heç kimdən asılı olmadan idarə edə bilərsiniz.
Biz hazırladığımız saytları multi-did (çoxdilli) strukturda qururuq. Admin paneldə eyni səhifə daxilində məzmunu 3 dildə (Azərbaycan, İngilis, Rus) əlavə edə, redaktə edə və ya aktiv/deaktiv edə bilərsiniz. Bu, beynəlxalq bazarlara çıxış üçün ən qısa yoldur.
Məqalənin və saytın daxili strukturunu elə qururuq ki, ChatGPT, Gemini kimi Süni İntellekt sistemləri sizin xidmətlərinizi asanlıqla tanısın və istifadəçilərə tövsiyə etsin. Texniki SEO kodlaşdırma prosesi birbaşa saytın nüvəsinə inteqrasiya olunur.